Ölkə futbolu
"Simurq" bu gün ilk yoxlama matçına çıxacaq
Sloveniyanın Roqla bölgəsində iyunun 27-dən yeni mövs&uu…
Sloveniyanın Roqla bölgəsində iyunun 27-dən yeni mövsümün hazırlıqlarına start verən "Simurq" təlim-məşq proqramına uyğun olaraq bu gün ilk yoxlama matçına çıxacaq. Futbolinfo.az xəbər verir ki, Zaqatala klubunun rəqibi Sloveniyanın 1-ci liqasında mübarizə aparan "Aluminiy" klubu olacaq.
Qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Komanda ötən güm növbəti məşqlərinə çıxıb. Səhər hazırlığı isinmə hərəkətlərindən sonra taktiki çalışmalardan ibarət olub. Axşam hazırlığı isə yüngül taktiki və texniki tapşırıqların yerinə yetirilməsi və ikitərəfli oyunla tamamlanıb.
Qeyd edək ki, hazırda Zaqatala təmsilçisinin düşərgəsində baxış üçün dəvət olunmuş iki futbolçu var. Bunlar haqqında son qərarı isə məşqçilər korpusu yoldaşlıq görüşündən sonra verəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”