Dünya futbolu
Əlcəzair də baş məşqçisiz qaldı
Əlcəzair yığmasının baş məşqçisi Vahid Halilociç…
Əlcəzair yığmasının baş məşqçisi Vahid Halilociç istefa verib. Futbolinfo.az xəbər verir ki, bosniyalı mütəxəssis postunu tərk etmə səbəbi kimi DÇ-2014-də mübarizəni dayandırmasını göstərib.
Əlcəzair Futbol Federasiyasının (ƏFF) rəsmi saytı da bunu təsdiq edib. Mütəxəssis bütün rəhbərliyə futbolçulara və məşqçilər korpusuna öz minnətarlığını bildirib.
Qeyd edək ki, Halilociç 2011-ci ildən Əlcəzair yığmasını çalışdırırdı.Onun rəhbərliyi altında komanda dünya çempionatının 1/8 finalında Almaniyay 1:2 hesabı ilə məğlub olmuşdu.