Ölkə futbolu
"Qaziantep BB" daha bir futbolçumuzu istəyir
Azərbaycanlı futbolçular Vaqif Cavadov və Rəhman Hacıyevi …
Azərbaycanlı futbolçular Vaqif Cavadov və Rəhman Hacıyevi transfer edən Türkiyənin "Qaziantep BB" klubu ölkəmizdən yenə oyunçu almaq istəyir. Bu barədə PTT 1-ci liqa təmsilçisinin baş məşqçisi Nurullah Sağlam futbolinfo.az saytına açıqlamasında məlumat verib.
48 yaşlı mütəxəsiss "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovu da transfer etmək istədiklərini deyib: "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovu transfer etməyi çox istəyirdim. Razılaşa bilmədiyimiz üçün onu ala bilmədik. Amma hələ də onu almaq istəyirəm. Növbəti mövsüm də Bədavini yaxından izləməyə davam edəcəm. Sizə hələlik, onun adını deyim, amma Azərbaycanda izlədiyim digər futbolçular da var. Qismət olsa, növbəti mövsüm oraya gəlib, həmin futbolçuları stadiondan izləyəcəm".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”