Ölkə futbolu
Kloze tarix yazdı
Almaniya millisinin üzvü Miroslav Kloze DÇ tarixində…
Almaniya millisinin üzvü Miroslav Kloze DÇ tarixində yeni rekord müəyyənləşdirib. Futbolinfo.az xəbər verir ki, dünən Braziliya ilə oyunda fərqlənən forvard elə braziliyalı Ronaldonun mundiallar tarixində vurduğu 15 qolluq rekordu tarixə gömüb.
Kloze DÇ-lərdə 16 qol vurmaqla həm turnirin ən sərrast oyunçusu oldu, həm də bu zəfərlə DÇ oyunlarındakı qələbə sayını 16-ya yüksəltdi.
Qeyd edək ki, bu sahədə ən yaxşı futbolçu braziliyalı Kafu idi. 2 dəfə DÇ-nin qalibi olan əfsanəvi sağ cinah müdafiəçisi mundiallarda düz 16 matçdan qalib ayrılmışdı. Bu rekordu da təzələyən Kloze final matçında da Almaniyanın mümkün qələbəsi sayəsində Kafunun rekordunu da qıracaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”