Dünya futbolu
Çezare Prandellini təhdid ediblər
"Qalatasaray"ın yeni baş məşqçisi Çezare P…
"Qalatasaray"ın yeni baş məşqçisi Çezare Prandelli önəmli açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, İtaliya yığmasının DÇ-2014-də uğursuz çıxışından sonra ölümlə təhdid olunduğunu deyib:
"Mən və ailəmə italiyalı azarkeşlər tərəfindən ölüm təhdidlərinin yazıldığı məktublar göndərilirdi. Milli komandadan istefa verdim və təzminat almaq hüququm varkən İtaliya Futbol Federasiyasından bir qəbik də istəmədim. İtaliyada məşqçilik etməyi düşünmədiyim üçün klublardan gələn təkifləri də qəbul etmədim".