Ölkə futbolu
"Sumqayıt" Türkiyəyəyə yola düşür
2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" A…
2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" Azərbaycandakı hazırlığı başa vurub. Futbolinfo.az xəbər verir ki, "kimyaçılar" təliim-məşq toplanışının ikinci mərhələsi üçün sabah ölkəni tərk edəcək.
Aqil Məmmədovun yetirmələri sabah 17:50-də Türkiyəyə yola düşəcək. Kartəpə bölgəsində hazırlıq keçəcək "gənclər şəhəri" təmsilçisi qonşu ölkədə 5 yoxlama oyunu keçirəcək. Komandanın artıq yoxlama oyunu keçirəcəyi rəqiblərin 4-ü məlumdu. Bunlar Türkiyə PTT 1-ci Liqa təmsilçisi "Manisaspor", Türkmənistanın "Altın Asır", İranın "İstiqlal Əhvaz" və Özbəkistan çempionu "Bunyodkor" klublarıdı. Qalan bir rəqibin kimliyinə isə hələ ki, aydınlıq gəlməyib.
Qeyd edək ki, "Sumqayıt"ın yenidən heyətinə cəlb etdiyi millimizin üzvü Pərdis Fərcad-Azad da komandanın Türkiyədəki təlim-məşq toplanışına qatılacaq. Slavik Alxasovu heyətinə qatmaq istəyən "kimyaçılar" bu yöndə çalışmalarını davam etdirir.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək