Ölkə futbolu
Millimizin oyunçusunu İran vətəndaşı olmağa məcbur etdilər
Mövsüm başa çatdıqdan sonra "Sumqayıt"da…
Mövsüm başa çatdıqdan sonra "Sumqayıt"dan ayrılan və “Traktorsazi” ilə danışıqlara başlayan Pərdis Fərcad-Azadın Təbriz klubu ilə anlaşa bilməməsinin səbəbi bəlli olub. Bu barədə futbolinfo.az saytına 26 yaşlı hücumçunun özü məlumat verib.
Milliləşdirilmiş futbolçumuzun sözlərinə görə “Traktorsazi” rəhbərliyi kluba keçmək üçün onun qarşısına İran vətəndaşı olmaq şərtini qoyub: “Traktorsazi” ötən il də mənimlə maraqlanırdı. Bu il də onlarla danışıqlar apardıq. Ancaq razılaşa bilmədik. Çünki onlar mənə İran vətəndaşı olacağım təqdirdə müqavilə imzalamağı təklif etdilər. Təbii ki, mən də razılaşmadım. Mən karyerama Azərbaycan vətəndaşı olaraq davam etmək istəyirəm”.
Qeyd edək ki, gənc forvard ötən ildən Azərbaycan milli komandasında çıxış edir.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək