Ölkə futbolu
"Qarabağ"ın kapitanı kim olacaq?
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Q…
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" bu gün ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulur. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz ilk oyununu səfərdə Maltanın "Valetta" klubuna qarşı keçirəcək.
Matç öncəsində baş məşqçi Qurban Qurbanovun kapitan Rəşad Sadıqovun xidmətindən yararlana bilməyəcəyi məlum olub. Əldə etdiyimiz məlumata görə, Sadıqovun meydana çıxmaması səbəbindən kapitanlıq sarğısı albaniyalı legioner Admir Teliyə həvalə olunacaq.
Qeyd edək ki, Qurban Qurbanov Avstriyada təlim-məşq toplanışı zamanı Rusiyanın "Krasnodar" komandası ilə yoxlama matçında da kapitan sarğısını albaniyalı müdafiəçiyə həvalə etmişdi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…