Ölkə futbolu
Baş katib yığma komanda ilə görüşdü (FOTOLAR)
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov …
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. Futbolinfo.az xəbər verir ki, baş katib yığmamızı Bosniya və Herseqovinanın Sarayevo şəhərində təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirinin qalibi olması münasibətilə təbrik edib, gələcək oyunlarda futbolçularımıza uğurlar arzulayıb. Sonra xatirə şəkli çəkdirilib.
Xatırladaq ki, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması iyunun 17-dən 20-dək müddətdə Sarayevo şəhərində təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirində keçirdiyi hər üç oyunu qələbə ilə başa vurmuşdu. Yığmamız ilk oyunda Bosniya və Herseqovina komandasını 4:0, ikinci qarşılaşmada Makedoniya komandasını 2:1, son oyunda isə Monteneqro yığmasını 3:0 hesabı ilə məğlub etmişdi. (AFFA)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”