Ölkə futbolu
"Qəbələ" "Herenven"lə də yoxlama oyunu keçirəcək
Təlim-məşq toplanışı ötən gün Hollandiyaya yollanan &…
Təlim-məşq toplanışı ötən gün Hollandiyaya yollanan “Qəbələ”nin həmin ölkədə yoxlama görüşü çərçivəsində qarşılaşacağı növbəti rəqib müəyyənləşib. Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, “qırmızı-qaralar” Hollandiyanın yüksək liqasında çıxış edən daha bir klubla "Herenven"lə qarşılaşacaq. Bu oyun iyulun 26-da keçiriləcək.
Maraq üçün xatırladaq ki, "Qəbələ" toplanış çərçivəsində yerli “Alkmaar”la da yoxlama oyunu keçirəcək. Artıq həmin oyunun da günü bəllidi. Azərbaycan klubu bu komanda ilə iyulun 20-də üz-üzə gələcək.
Qeyd edək ki, Dorinel Muntyanunun komandası iyulun 27-dək həmin ölkədə olacaq. Sonra isə vətənə qayıdacaq. "Qəbələ" bu müddət ərzində bütövlükdə 4 oyun keçirəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…