Ölkə futbolu
Qurban Qurbanov: "Rəqib göstərdi ki, hər an qol vurmağa qadirdi"
Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionla…
Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının ikinci təsnifat ərhələsində səfərdə Malta "Valletta"sı ilə qarşılaşdı. Futbolinfo.az xəbər verir ki, bu oyunda komandamız Çumbinyonun 17-ci dəqiqəsində vurduğu qolla qalib gəldi.
Ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyundan sonra fikirlərini açıqlayıb: "Gördüyünüz kimi, asan oyun olmadı. Maltalılar 90 dəqiqə göstərdi ki, hər an qol vurmağa qadirdi. Bir neçə qol imkanımız olsa da, minimal hesablı qələbə qazandıq. Amma bu bizim növbəti mərhələyə keçməyimiz anlamına gəlmir. Bakıda maltalıların vuracağı qol hesabın bərabərləşməsi deməkdi. Artıq bu oyunu unudub cavab görüşünü fikirləşmək lazımdı. Bakıda bizi heç də asan olmayan oyun gözləyir. Oyuna gəlib, 3 rəngli bayrağımızı tribunada açan azsaylı azarkeşlərimizə də verdiyi dəstəyə görə təşəkkür edirəm".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…