Ölkə futbolu
AZAL-ın Türkiyədəki bütün rəqibləri bəlli oldu
Hazırlıqlarını Boluda davam etdirən AZAL Türkiydə olduğu m…
Hazırlıqlarını Boluda davam etdirən AZAL Türkiydə olduğu müddətdə – iyulun 28-nə qədər 5 yoxlama görüşü keçirəcək. Futbolinfo.az xəbər verir ki, artıq yoxlama matçlarındakı rəqibləriin adlarına tam aydınlıq gəlib.
Komandamız ilk oyununu bu gün keçirəcək. Yerli vaxtla saat 18:00-da başlayacaq görüşdə rəqib İranın 21 yaşa qədər futbolçulardan ibarət milli komandası olacaq.
Bundan sonra isə 2 dəfə Türkiyə Super Liqası təmsilçisi ilə qarşılaşma baş tutacaq. Belə ki, ayın 20-də “Mersin İdman Yurdu”, 23-də isə “Balıkesirspor”la oyunlar keçiriləcək.
AZAL iyulun 25-də son mövsümün yükunlarına görə Super Liqadan PTT 1-ci liqaya düşmüş “Antalyaspor” ilə üz-üzə gələcəksə, Boludakı son matçda rəqib Gürcüstan 1-ci divizionunun (Pirveli Liqa) aparıcı klublarından olan “Kolxeti 1913” olacaq. (klub saytı)
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?