Ölkə futbolu
Novruzov "Dənizlispor"a keçir
Daha bir futbolçumuz karyerasını Türkiyədə davam etdir…
Daha bir futbolçumuz karyerasını Türkiyədə davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, söhbət "Bakı"nın gənc futbolçusu Nurlan Novruzovdan gedir.
Futbolçunun müqavilə ilə "Bakı" klubuna məxsus olduğu deyilsə də, maliyyə problemlərinə görə ona da azad agent statusu verilib. Novruzov isə özünə yeni iş yeri tapmaq məqsədi ilə 10 gün bundan qabaq "Dənizlispor"a yollanıb. Dənizli təmsilçisinin məşqçiləri Nurlan haqda müsbət rəy versə, onunla müqavilə imzalanacaq.
Məlumatı Türkiyə klubunun rəsmiləri də təsdiqləyib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”