Ölkə futbolu
UEFA "Qarabağ"ın oyununa hakim təyinatında dəyişiklik etdi
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ca…
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 22-də, saat 21:30-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Valetta" (Malta) oyununa hakim təyinatında dəyişiklik edilib. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanı, əvvəlcədən xəbər verildiyi kimi, Avstriya deyil, Belarus təmsilçisi olan hakimlər idarə edəcək:
Baş hakim Sergey Tsinkeviç təyin olunub. Baş hakimin köməkçiləri Yevgeni Ramanau və Vitali Malyutsindi. Dördüncü hakim funksiyasın Denis Şerbakov yerinə yetirəcək.
UEFA nümayəndəsi Adrian İxari (Makedoniya), hakim-inspektor Levan Paniashvili (Gürcüstan) olacaq.
Qeyd edək ki, UEFA avstriyalı hakimləri bu oyundan ona görə azad edib ki, bu cütün qalibi növbəti mərhələdə Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşmalıdı.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”