Ölkə futbolu
AZAL-ın 7-ci transferi Ramos oldu
Hazırlıqlarını Boluda davam etdirən AZAL növbəti transferin…
Hazırlıqlarını Boluda davam etdirən AZAL növbəti transferini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, daha öncə Asif Mirili və Stanislav Namaşko ilə 2 illik müqaviləyə bağlayan, Novruz Məmmədov və Orxan Lalayevi “Rəvan”dan, Eltun Yaqublu ilə Təmkin Xəlilzadəni isə “Qarabağ”dan icarəyə götürən komanda 7-ci transferini gerçəkləşdirib. Hinduraslı yarımmüdafiəçi Luis Ramos bundan sonra “təyyarəçilər”in şərəfini qoruyacaq.
Tam adı Luis Arkanxel Ramos Kolon olan xavbek münasibətləri rəsmiləşdirdikdən sonra klubun rəsmi saytına danışıb: “Hər iki tərəf üçün uğurlu olacağəna inanıram. Məqsədim özümü yaxşı tərəfdən göstərərək yenidən Honduras millisindən dəvət almaqdır. AZAL-da yeni komanda formalaşır. Əlimdən gələni edəcəm ki, komandamız çempionatda yğurlu çıxış etsin”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”