Ölkə futbolu
"Sumqayıt" "Bunyodkor"la oyuna hazırlaşır (FOTOLAR)
Topaz Premyer Liqasında 2014/2015 mövsümünə hazırla?…
Topaz Premyer Liqasında 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu Türkiyənin Kartepe bölgəsində məşqlərini davam etdirir. Futbolinfo.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda gündə iki dəfə olmaqla hazırlaşır.
Heyətdə zədəli futbolçu yoxdu. Bərpa prosesini tamamlamaqda olan gənc futbolçu Fərid Kərimzadə də artıq komanda ilə birlikdə məşq edir. "Sumqayıt" FK sabah növbəti yoxlama oyununa çıxacaq. Komanda əvvəlcədən xəbər verdiyimiz kimi "Bunyodkor"la üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, "Sumqayıt" FK ilk hazırlıq oyununda "Perspolis"ə 2:3 hesabı ilə məğlub olmuşdu. (klub saytı)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”