Ölkə futbolu
"Simurq" Avstriyada belə hazırlaşır (FOTOREPORTAJ)
Yeni mövsümün hazırlıqlarını davam etdirən "S…
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Simurq" təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyulun 17-də Avstriyaya gəlib. Futbolinfo.az xəbər verir ki, Tirol bölgəsində yerləşən "Das Seivald" otelində məskunlaşan Zaqatala təmsilçisi gündə iki dəfə olmaqla məşqlərə başlayıb.
Komanda səhər və axşam hazırlıqlarında əsasən toplu çalışmalardan ibarət taktiki və texniki təmrinləri yerinə yetirir. Avstriya hazırlığı çərçivəsində komanda beş yoldaşlıq görüşü keçirməyi planlaşdırır. Qarşılaşmalar iyulun 20-nə, 23-nə, 26-na, 29-na və avqustun 1-nə nəzərdə tutulub. Artıq Georgi Çixradzenin yetirmələrinin ilk rəqibi də məlumdu. "Sarı-qaralar" bu gün Bakı vaxtı ilə 20:00-da Hayfa "Makkabi"si ilə qarşılaşacaq.
Komanda transfer çalışmalarını da dayanmadan davam etdirir. Həm yerli, həm də legioner futbolçuları heyətə qatmağı nəzərdə tutan "Simurq" yaxın günlərdə bir neçə futbolçu ilə rəsmi müqavilə bağlayacaq.
Qeyd edək ki, "Simurq" Topaz Premyer Liqasınının ilk turunda səfərdə "Bakı"nın qonağı olacaq. Avqustun 2-də ölkəyə qayıtmağı planlaşdıran Zaqatala təmsilçisi bir günlük istirahətdən sonra doğma arenada bu görüşün hazırlıqlarına start verəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…