Ölkə futbolu
“Qarabağ”ın rəqibi ciddi itki ilə üzləşdi
Çempionlar Liqasının üçüncü təsnifat m…
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ” – “Valletta” cütlüyünün qalibi ilə qarşılaşacaq “Zalsburq” klubu ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, Avstriya təmsilçisinin mərkəz müdafiəçisi Frants Şimer sıradan çıxıb.
Ölkə çempionatının son turundakı “Rapid” matçında zədələnən futbolçu ən az iki həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu da o deməkdi ki, 28 yaşlı futbolçu üçüncü təsnifat mərhələsinin ilk oyununda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, ÇL-in üçüncü təsnifat mərhələsinin qarşılaşmaları 29-30 iyul və 5-6 avqust tarixlərində keçiriləcək.