Ölkə futbolu
“Zalsburq”un baş məşqçisi respublika stadionunda
Avstriya “Zalsburq”unun baş məşqçisi Adolf H&uum…
Avstriya “Zalsburq”unun baş məşqçisi Adolf Hütter “Qarabağ” – “Valletta” matçını canlı izləmək üçün Bakıya gəlib. Futbolinfo.az saytı Avstriya mətbuatına istiandən xəbər verir ki, 43 yaşlı mütəxəsiss Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqiblərini yaxından analiz etmək üçün bu gün matçını keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda olacaq.
Hütter oyunu komandasının video analitiki Riçard Kitsbiçlerlə birgə izləyəcək.
Qeyd edək ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Valletta” qarşılaşması bu gün saat 21:30-da start götürəcək. Ağdam klubu ilk görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”