Ölkə futbolu
"Qarabağ"a 12 mindən çox dəstək
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Q…
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" bu gün ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasında Maltanın "Valletta" klubunu qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, artıq bu matça 12 mindən çox bilet satılıb.
Bu barədə "Qarabağ"ın rəsmi facebook səhifəsi məlumat yayıb. Matçın başlama saatına qədər biletlərin satılacağını nəzərə alsaq, "Qarabağ" – "Valletta" qarşılaşmasını 15 min azarkeşin canlı olaraq izləməsi istisna deyil.
Qeyd edək ki, matç 21:30-da start götürəcək. İlk qarşılaşma təmsilçimizin 1:0-lıq qələbəsi ilə başa çatmışdı.