Ölkə futbolu
"Qəbələ"də 2 yeni futbolçu
"Qəbələ" heyətini daha iki futbolçu ilə güc…
"Qəbələ" heyətini daha iki futbolçu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, daha öncə Ruslan Əmircanov, Andrey Kristya, Adrian Ropotan, Ruslan Abışov, Cavid Hüseynov, Pavol Farkaş və Markinyosu rənglərinə bağlayan "qırmızı-qaralar" portuqaliyalı Yazalde Pinto ilə rumıniyalı Aleksandru Benqanı sıralarına qatıb.
Hər iki futbolçu ilə bir illik müqavilə imzalanıb. Portuqaliyanın "Braqa" klubuna məxsus Pinto "Qəbələ"də icarə əsasında çıxış edəcək.
1988-ci il sentyabrın 21-də anadan olan Yazalde Pinto peşəkar futbolçu karyerasına 2007-ci ildə Portuqaliyanın "Varzim" klubunda başlayıb. 2009-cu ildə "Braqa"ya transfer olan hücumçu "Qəbələ"yə keçidinə qədər icarə əsasında bir neçə klubda çıxıb edib. Pintonun son komandası isə Rumıniya "Astra"sı olub. Hücumçu Portuqaliyanın U-20 və U-21 komandalarının formasını geyinib.
Digər yeni futbolçu – müdafiəçi Aleksandru Benqa 15 iyun 1989-cu ildə Rumıniyada anadan olub. Peşəkar futbolçu karyerasına ölkəsində 2006-cı ildə "Braşov" klubunda başlayan Benqa "Qəbələ"yə keçidinə kimi "Petrolul", "Otelul" (hər ikisi Rumıniya) və "Botev" (Bolqarıstan) kimi komandaların şərəfini qoruyub. (klub saytı)
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub