Ölkə futbolu
Gilbert Acius: "Hakimlərlə bağlı danışmaq çox ağırdı"
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "…
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasında Malta "Valletta"sını darmadağın etdi. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu səfərdə 1:0 hesabı ilə qalib gəldiyi komandaya, doğma divarlar arasında divan tutdu – 4:0.
Oyundan sonra təşkil olunmuş mətbuat konfransında "Valletta"nın baş məşqçisi Gilbert Acius komandasının məğlubiyyətini belə şərh edib:
"Qarabağ"ı təbrik edirəm. Bu gün daha yaxşı idilər və qələbə qazanması münasibəti ilə təbrik edirəm. Hakimlərlə bağlı danışmaq çox ağırdı. Mənim şəxsi düşüncəm nəticəni dəyişmir. Baş verənləri mənim kimi, siz də gördüz. Olan artıq olub. Futbolda müəyyən epizodlarla oyunun teleyini həll edir. Uzun müddət azlıqda qaldıq. Daha sonra ikinci qırmızı vərəqəni aldıq. Ehtiyat oyunçular skamyasında futbolçu qıtlığı da öz sözünü dedi. Azərbaycan futbolunda çox şey dəyişib. Bu da əcnəbilərin sayəsində baş verib".
Acius növbəti mərhələdə Azərbaycan çempionunun rəqibi olacaq Avstriya "Zalsburq"unu da yada salıb: "Qarabağ" "Valletta"dan daha güclü komanda ilə qarşılaşacaq. Həmin oyunda "Qarabağ"a uğurlar arzu edirəm".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…