Ölkə futbolu
"Neftçi”də müəmmalı təyinat
Uzun müddət "Neftçi"də vitse-prezident vəzif?…
Uzun müddət "Neftçi"də vitse-prezident vəzifəsində çalışan Tahir Süleymanov artıq bu postdan göndərilib. Keçmiş hakimin Bakıda "Koper"lə baş tutan oyundan sonra verdiyi istefa klub prezidenti Sadıq Sadıqov tərəfindən qəbul olunub. Bakılılar sanki məğlubiyyətə görə məhz onun günahkar olduğunu düşünüb. Halbuki Tahir bəy qovulmağa daha çox layiq olanlara yol göstərmək üçün jest etmiş, məsuliyyəti boynuna götürmüşdü.
Artıq Süleymanovun yerinə namizəd də var. Bu, mətbuata açıqlamasında Sadıq bəyin onu vitse-prezident təyin edəcəyi ilə bağlı söz verdiyini deyən Elnur Əşrəfoğludu. Komandanın sabiq mətbuat katibi olan həmkarımız yenidən paytaxt klubuna qayıdır.
Bu prosesin bir qədər gecikdiyini görən Əşrəfoğlu daha sonra açıqlamasında "Sadıq Sadıqov sözünün ağasıdı, dedisə, edəcək" deyərək klub prezidentini sanki "Kişi sözü" filminə baxmağa dəvət etmişdi. Elə Sadıqov da planını çoxdan cızıbmış. Elə olmasaydı, Süleymanovun boş qalmış yerinə gəlməli olan Əşrəfoğlu komanda ilə Sloveniyaya, “Koper”lə cavab matçına aparılmazdı. "Ağ-qaralar" Bakıya qayıtdıqdan sonra bu təyinatın rəsmiləşməsi gözlənilir.
Doğrusu, sabiq həmkarımızın bu işi nə dərəcədə bacaracağını deyə bilmərik. Jurnalist kimi savadına, səriştəsinə, təcrübəsinə sözümüz yoxdu, amma belə məsul postda çalışmaq çətin olacaq. Həm də Elnur bəyi daim bu klubla bağlı qaranlıq keçmişi qarabaqara izləyəcək. Onun mətbuat xidmətində çalışdığı vaxt hansı oyunlardan şıxdığını, hansı saxtakarlıqlara əl atdığını bütün jurnalistlər danışır. Görünür, ya Sadıqov vaxtilə Elnur bəyi bu səbəbdən qovmasına baxmayaraq, indi günahlarını bağışlayıb, ya da özü də onunla əlbir imiş və sadəcə, gözdən pərdə asmaq üçün Əşrəfoğlunu fəxri istirahətə göndəribmiş.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?