Müsahibə
"Buna görə azarkeşlərdən və komanda yoldaşlarımdan üzr istəyirəm"
Bakı “İnter”inin futbolçusu Asif Məmmədov Avrop…
Bakı “İnter”inin futbolçusu Asif Məmmədov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Elfsborq” matçı ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az saytına danışan təcrübəli yarımmüdafiəçi məğlubiyyəti belə şərh edib:
– Azlıqda qalmağınıza baxmayaraq, sona qədər vuruşduz. Bəs qələbə üçün nə çatmadı?
– Nə bilim, vallah. Qol imkanlarımız çox oldu. Mən də 100 faizlik qol imkanından yararlana bilmədim. Elə bil ki, bu gün bəxtimizə qol yazılmamışdı. Buna görə azarkeşlərimizdən və komanda yaldaşlarımdan üzr istəyirəm. Mən o qolu vura bilsəydim, oyunun taleyi həll olunardı. Səhvi özümüzdə axtarmalıyıq. Birinci oyunda da çox imkanlarımız oldu, burada da.
– Qırmızı vərəqə epizodu ilə bağlı nə deyərdiz?
– Çox ağır qərar idi. Sarı vərəqə versə, yaxşı olardı. Oyunçumuza sarı vərəqə versəydi, onlar penaltini qola çevirsələr belə, vecimizə almazdıq. Çünki azlıqda qalmasaydıq, onlara 3-4 qol vurardıq. 10 nəfərlə qalmağımız bizə çox pis təsir etdi.

– Öz çıxışınızdan razı qaldız?
– Nəsə özümü yaxşı hiss etmirəm. Zədəm də yoxdu, hər şey yaxşıdı. Sadəcə, işləmək lazımdı. Baxıram ki, yaxşı formada deyiləm. Futbolda belə şeylər olur, amma, öz oyunumdan çox narazıyam. Belə davam etsə, mənim üçün çox çətin olacaq. Çox çalışmalıyam ki, yaxşı forma yığım.

- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”