Dünya futbolu
Falkao Madridə qayıdır
Madrid “Real”ı daha bir ulduzu heyətinə qatmağa yaxın…
Madrid “Real”ı daha bir ulduzu heyətinə qatmağa yaxındı. "Monako"nun forvardı Radamel Falkao yeni mövsümdə "Kral klubu”nda icarə əsasında oynaya bilər. Futbolinfo.az xəbər verir ki, bu iddia ilə Fransa mətbuatı çıxış edib.
Xəbərə görə, tərəflər arasında razılıq əldə olunub.
Kolumbiyalı hücumçunun 12 milyon avro qarşılığında 2014/15 mövsümündə "Real"ın şərəfini qoruya biləcəyi iddia edilib.
Ancaq bu transferin rəsmən gerçəkləşməsi üçün La Liqa təmsilçisi Falkaonun qarşısına şərt qoyub. Oyunçu ilə müqavilə imzalanması üçün o, tam sağalmalıdı.
Qeyd edək ki, Falkao 2011-13-cü illərdə Madridin digər təmsilçisi “Atletiko”da oynayıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”