Ölkə futbolu
"Çixura"nın üzvü ədəbsiz jestə görə "Neftçi" ilə oyunu buraxa bilər (VİDEO)
Gürcüstanın "Çixura" klubunun futbol&ccedi…
Gürcüstanın "Çixura" klubunun futbolçusu Tornike Mumladze Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçiriləcək ilk oyunu buraxa bilər. Futbolinfo.az xəbər verir ki, buna səbəb onun ötən gün ikinci təsnifat mərhələsi çərçivəsində keçirilmiş Türkiyə "Bursaspor"una qarşı cavab qarşılaşmasında etdiyi ədəbsiz jestdi.
Penalti vuruşları zamanı komandasının yekun və həlledici zərbəsini dəqiq yerinə yetirdikdən sonra o, qonaq azarkeşlərin yerləşdiyi tribunaya qarşı qaçaraq onlara xoşagəlməz jest nümayiş etdirib. "Bursaspor" rəhbərliyi isə onun bu hərəkəti ilə bağlı UEFA-ya şikayət edib. İstisna deyil ki, qitə futbol qurumu bu oyunçunu bir və ya bir neçə oyunluq cəzalandırsın.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”