Dünya futbolu
Xavi qalır, Alveş gedə bilər
"Barselona"nın kapitanı Xavi Hernandes azı bir mövs&…
"Barselona"nın kapitanı Xavi Hernandes azı bir mövsüm də komandada qalacaq. Futbolinfo.az xəbər verir ki, o, qış "transfer pəncərəsi"ndə də komandanı tərk etməyəcək.
Baş məşqçi Luis Enrikeylə görüşən ispan futbolçu bu qərara gəlib.
Daha öncə Xavinin yanvar ayında artıq ilkin razılığa gəldiyi "Nyu-York Siti" klubuyla 2+1 illik müqavilə imzalayacağı yönündə iddialar varıydı.
Yeri gəlmişkən, "Barselona" daha bir təcrübəli futbolçusu Daniel Alveşi isə satmaq qərarına gəlib. Katalonlar 31 yaşlı futbolçunu 15 milyon avroya satmağa hazırdı. Alveş özü isə daha bir il "Barsa"da qalmaq istəyir.
Daniel 2008-ci ildə "Sevilya"dan "Barselona"ya transfer edilmişdi.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Müsahibə2024-04-16 08:00
Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”