Dünya futbolu
Fellaini İtaliya klublarının hədəfində
"Mançester Yunayted"in yarımmüdafiəçisi…
"Mançester Yunayted"in yarımmüdafiəçisi Maruan Fellaini karyerasını İtaliyada davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, "Napoli" və "Latsio" belçikalını icarəyə götürmək istəyir.
Lakin hər iki klub Fellayninin həftəlik 100 min funt sterlinqlik məvacibinin "mankunyanlar" tərəfindən ödənilməsini tələb edir.
"Qırmızı şeytanlar" 26 yaşlı oyunçunu 15 milyon funt sterlinqə satmağa da razıdılar.