Ölkə futbolu
"Qarabağ"lılar "Neftçi" üçün həyacanlandı (FOTO)
Ötən gecə "Neftçi" – "Çixura"…
Ötən gecə "Neftçi" – "Çixura" matçını izləyənlər arasında bir sıra tanınmış simalar yer almışdı. Futbolinfo.az xəbər verir ki, "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov və Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqov da matçı "Bakcell Arena"dan canlı izləyirdi.
Qurbanov bir gün öncə "Neftçi"yə dəstək üçün matçın keçiriləcəyi arenaya təşrif buyuracağını bildirmişdi. Ancaq millimizin kapitanının oyunu canlı istəmək niyyəti son anda məlum oldu. Diqqəti çəkən məqamlardan biri isə Sadıqovla Qurbanovun həyacanlı görünməsi idi. Belə ki, vaxtilə "Neftçi"də çıxış etmiş Qurban bəyin və kapitanın sabiq komandalarının hucumları zamanı qaçırılan qol epizodlarına təəssüfləndiyi açıq-aşkar hiss olunurdu. Sadıqovun matçın sonlarına yaxın qarşılaşmanı ayaq üstə izləməsi isə diqqətdən yayınmadı.