Ölkə futbolu
Tahir Süleymanov istefa verməyib?
Ötən gün baş tutan "Neftçi" – "&Cced…
Ötən gün baş tutan "Neftçi" – "Çixura" matçı bir sıra maraqlı məqamlarla yadda qaldı. Futbolinfo.az xəbər verir ki, bunlardan biri də flaqmandan istefa vermiş vitse-prezident Tahir Süleymanovla bağlı idi.
Belə ki, "Neftçi" Avropa Liqasının ikinci təsnifat mərhələsində Sloveniya "Koper"inə evdə məğlub olduğu qarşılaşmadan dərhal sonra Süleymanovun istefa verdiyi açıqlanmışdı. Bir neçə gün sonra isə klub prezidenti Sadıq Safıqov onun istefasını qəbul etmişdi. Amma Tahir bəy istefa versə də, "Çixura" ilə matç ərəfəsində yenə əvvəlki kimi öz ampluasında idi. O, "A buraxılış" (stadionun istənilən ərazisinə daxil olmaq üçün) vəsiqə ilə təmin olunmuşdu. Matç başlamamışdan öncə də xüsusi vəsiqə ilə dolaşan Süleymanov, oyun başa çatdıqdan sonra klub prezidenti Sadıq Sadıqovun yanında idi. Maraqlıdı ki, Tahir bəy qarşılaşmadan sonra "Çixura" azarkeşlərinin təhlükəsiz şəkildə arenanı tərk etməsində də yaxından kömək göstərdi. Görünür, Süleymanovun istefa verməsi ictimaiyyəti yanıltmaq üçün atılan addımlardan biridi.