Ölkə futbolu
Tahir Süleymanov: "Bu hadisəni törədənlərin gürcü olduğuna inanmıram"
"Neftçi" klubunun sabiq vitse-prezidenti Tahir Sü…
"Neftçi" klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən "Çixura" matçı ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, oyundan sonra jurnalistlərə açıqlamasında qolsuz heç-heçəni belə şərh edib:
"Biz bu oyunda "Çixura"nın səviyyəsini gördük. Rəqin bir qayda olaraq müdafiədə oturur. Tiflisdə daha yaxşı oynayacağıq. Mərhələ keçməyi çox istəyirik. "Bursaspor"un səhvlərini təkrarlamaq istəmirik. "Çixura"ya heç kim qol vura bilmir? Biz çalışacağıq buna son qoyaq".
Süleymanov Gürcüstan təmsilçisinin azarkeşlərinin stadionda yaratdığı təxribatdan da danışıb: "Biz Gürcüstan komandasını, azarkeşlərini çox yaxşı qarşıladıq. Amma onlar burada xoşagəlməz hərəkətlər etdilər. Hesab etmirəm ki, bu hadisəni törədənlər gürcü azarkeşlərdi. Məncə, onların arasında təxribatçılar var idi. Gürcülərin belə hərəkət edəcəyinə inanmıram. Biz artıq bununla bağlı "Çixura" rəsmilərinə öz fikrimizi çatdırmışıq".