Ölkə futbolu
Gürcülər Sadıq Sadıqovu təhqir etdi (FOTO)
"Neftçi" Avropa Liqasının üçünc&uu…
"Neftçi" Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Çixura" komandası ilə qolsuz heç-heçə etdi. Amma zəif rəqibə bir top da vura bilməyən "ağ-qaralar"ın rəsmiləri hələ də gürcüləri aşağılamağa davam edir.
Belə ki, klubun prezidenti Sadıq Sadıqov matçdan sonra jurnalistlərə verdiyi açıqlamasında "Çixura" nə komandadır axı?" deyə bildirib. Sadıqovun bu fikiri gürcü azarkeşlərin sərt reaksiyasına səbəb olub. Qonşu ölkənin fanatları özlərinə məxsus "Çixura" biz sənə inanırıq" səhifəsində Sadıq Sadıqovun şəkilini paylaşaraq, klub prezidentini çox ağır təhqir ediblər.
Həmin təhqirləri yazmaq etika çərçivəsinə sığmadığından Sadıqovun açıqlamasını saxlamaq şərti ilə fotonun üzərindən sildik. Amma bunu gürcülərin beynindən silə bilmərik. Xüsusilə rəqib qarşısında aciz qaldıqları oyundan sonra Sadıq bəy belə aşağılayacı bəyanat verməməliydi. Gürcülərin reaksiyası qəbuledilməzdi, amma onlar da belə münasibətə layiq deyildilər.
İstənilən halda Bakıda iğtişaş törətməyə çalışan çılğın gürcü azarkeşlərin ev oyununda daha azğın olacağı şübhəsizdi. Cavab matçında hər şeyə rəğmən, ilk oyundakı uğursuz nəticəni unutdurmalıyıq. Sadıq bəyin əzizlədiyi komanda üzvləri bunu bacarmasa, verdiyi açıqlamanın reallaşmamasına görə cavab görüşündən sonra təhqirlər daha da çoxalacaq.