Ölkə futbolu
“Bakcell Arena”da ermənilər də varmış
Dünən Avropa Liqasının üçüncü təsnifat …
Dünən Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Bakcell Arena”da keçirilən “Neftçi” – “Çixura” matçı zamanı tribunada istənməyən olayların yaşandığını xəbər vermişdik. Gürcü azarkeşlərin ölkəmizə torpaq iddiasının əks olunduğu xəritəni nümayiş etdirmələri aranın qarışmasına səbəb olmuşdu.
Futbolinfo.az-ın bu gün əldə etdiyi məlumata görə, həmin qarşılaşma zamanı tribunada Ermənistan bayrağı da açılıb. Hətta polislər üzərindən Ermənistan bayrağı çıxan 3 azarkeşi saxlayıb. Həmin şəxslər Gürcüstan vətəndaşı olan ermənilər imiş. Lakin “Neftçi” rəhbərliyi hadisəni təkzib edir və belə bir olayın yaşanmadığını deyir.