Dünya futbolu
Messiyə həbs şoku
“Barselona”nın lideri Lionel Messi həbs təhlükəsi…
“Barselona”nın lideri Lionel Messi həbs təhlükəsi ilə üz-üzədi. Futbolinfo.az xəbər verir ki, bir müddətdi vergidən yayındığına görə ittiham olunan argentinalı yenidən məhkəməyə çıxacaq.
Barselona məhkəməsi Messinin üzərindən 4 milyon avro vergidən yayınmaq ittihamını götürməkdən imtina edib. Messiyə qarşı sübutların kifayət qədər olduğu barədə qərar çıxarılıb.
İspaniya qanunvericiliyinə görə, vergidən yayınmaq cinayəti 6 ilə qədər həbs cəzası nəzərdə tutur. Messi və onun atası da bu müddətə həbs oluna bilərlər. Bundan əlavə, futbolçu 32 milyon avro cərimə də oluna bilər.