Dünya futbolu
Maradonadan növbəti zəfər
Əfsanəvi futbolçu Dieqo Armando Maradona vergidən yayınmaqd…
Əfsanəvi futbolçu Dieqo Armando Maradona vergidən yayınmaqda ittiham olunduğu məhkəmə prosesini udub. Futbolinfo.az xəbər verir ki, İtaliyanın “Equitalia” vergi agentliyi ilə üzləşən argentinalı Neapol məhkəməsinin qərarı ilə günhasız sayılıb. O, 39 milyon avroluq ittihamdan yaxa qurtarıb.
Maradona 1984-91-ci illərdə “Napoli”də oynadığı zaman 39 milyon avro məbləğində vergidən yayınmaqda ittiham edilirdi. Vergi agentliyinin müraciətindən sonra ötən il onun İtaliyadakı hesabları dondurulub. Maradonanın vəkili isə bu gün açıqlama ilə çıxış edərək hər şeyin arxada qaldığını bildirib: “Bu sınağın bitdiyi artıq hamıya aydındı. İnanılmaz olsa da, sənədlərin gücü və həqiqət vergi orqanlarının iştirakı ilə gedən bu absurd prosesə son qoyub”.