Dünya futbolu
Torres seçim qarşısında
İngiltərənin "Çelsi" klubunun hücumçus…
İngiltərənin "Çelsi" klubunun hücumçusu Fernando Torres sabiq komandası “Atletiko”ya keçməyə yaxındı. Futbolinfo.az xəbər verir ki, ispaniyalı futbolçu ilə təkcə "Atletiko" yox, həm də "Monako" maraqlanır.
Fransa təmsilçisi 30 yaşlı futbolçunun transferi üçün qarşı tərəfə 20 milyon avro ödəməyə hazırdı. Lakin "Çelsi" rəhbərliyi hələlik bu təklifə münasibət bildirməyib. Torresin özü isə “Atletiko”ya qayıtmağı düşünür.
Qeyd edək ki, Fernando 2001-07-ci illərdə "Atletiko"da çıxış edib.