Dünya futbolu
Ronaldo oynamayacaq və məhkəməyə çıxacaq
İspaniyanın "Real" (Madrid) klubunun hücumçusu…
İspaniyanın "Real" (Madrid) klubunun hücumçusu Kriştianu Ronaldo "Mançester Yunayted"lə keçiriləcək yoxlama matçında oynamaya bilər. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı futbolçu zədəsini tam bərpa etməyib.
Hazırda Ronaldo fərdi proqram üzrə məşq edir. Təcrübəli futbolçunun sabah "Mançester Yunayted"lə keçiriləcək yoxlama matçında iştirak etməyəcəyi ehtimal olunur.
Qeyd edək ki, "Real"ın baş məşqçisi Karlo Ançelotti daha öncə verdiyi açıqlamasında Ronaldonun ingilis təmsilçisi ilə matçda oynayacağına ümidvar olduğunu bildirmişdi.
Yeri gəlmişkən, Kriştianu ABŞ-da məhkəməyə çıxarılacaq. Buna səbəb ABŞ-da yaşayan Kristofer Renzi adlı şəxsin məşhur futbolçuya məxsus “CR7” markasının müəllif hüququnun onda olması iddiası ilə məhkəməyə şikayət etməsidi. Şikayət üzrə ABŞ-da hakim qarşısına çıxarılacaq Ronaldo “CR7” markasına K.Renziden əvvəl sahib olduğunu sübut etməyə çalışacaq. Əks təqdirdə Ronaldo müəllif hüququnu K.Renzidən olduqca baha qiymətə alacaq, ya da yeni bir marka yaradacaq.