Bizi izləyin

Premyer-liqa

Başladı, özü də necə!

Nəhayət ki, başladı. Futbolinfo.az xəbər verir ki, gələn ilin …

blank
Nəhayət ki, başladı. Futbolinfo.az xəbər verir ki, gələn ilin may ayının 28-də başa çatacaq Azərbaycan Topaz Premyer Liqasında 2014/15 mövsümü ötən həftənin şənbə günü start götürdü.
 
Mövsüm elə ilk turundanca iki səs-küylü olayla başladı. Bunlardan biri bu yay ciddi maliyyə problemləri ilə üzləşən "Bakı"nın "Simurq"la ilk oyununun baş tutmaması oldu. Məlum səbəblərdən demək olar ki, bütün aparıcı futbolçularını itirən paytaxt təmsilçisi Peşəkar Futbol Liqasına lazım olan sənədləri təqdim etmədiyindən, ilk oyunu baş tutmadı. Eyni zamanda bakılılara yaxın bir həftə ərzində bütün problemləri yoluna qoymaq tapşılırdı. Avqustun 15-nə kimi bu məsələ həllini tapmasa, "zolaqlılar" elitadan kənarlaşdırılacaq və onu 1-ci divizion klubu əvəzləyəcək.
Turun digər səs-küylü olayı "Qarabağ"ın "Sumqayıt" üzərindəki 3:0 hesablı qələbəsini heçə endirməsi oldu. Belə ki, "Qarabağ"ın heyətində 69-cu dəqiqədə Riçard Almeyda Namiq Yusifovun əvəzində meydana daxil oldu. Halbuki, həmin vaxt meydanda 6 legioner futbolçu olduğundan, baş məşqçi Qurban Qurbanov yeni legioneri meydandakılardan birinin əvəzində meydana buraxa bilərdi. Amma braziliyalı futbolçunun məhz Namiqi əvəzləməsi səbəbindən limit pozlulcu. O, məşqçilər korpusunun səhlənkarlığı ucbatından sonadək meydanda oldu. Düzdü, onlar bu səhvi cəmi iki dəqiqə sonra aradan qaldırdılar. Belə ki, Muarem Muaremi meydandan çıxarıb, onun əvəzində 61-ci dəqiqədə Namiq Ələsgərovu döyüşə atdılar. Amma bu, "Qarabağ"ın cəzadan qurtulmasına kömək etməyəcək. Buna görə, "Qarabağ"a texniki məğlubiyyət veriləcək. Halbuki, son çempion səfər oyununda 3:0 hesabıyla qalbi gəlmişdi və komanda üçün yeni mövsümə bundan yaxşı başlanğıc ola bilməzdi.
 
Onu da xatırladaq ki, Premyer Liqada hazırda 6+5 limitindən istifadə olunur. Yəni elita klubları eyni vaxtda 6 legioner+5 yerli futbolçu oynada bilərlər.
 
Turun maraqlı nəticələrindən biri də Naxçıvanda qeydə alındı. Bu çempionatın debütantı olan “Araz Naxçıvan” öz meydanında “Neftçi” ilə qarşılaşdı. Debütant səfərə əsas heyətlə yollanmayan ölkə kubokunun son qalibini darmadağınla yola saldı. Böyükağa Hacıyevin özü ilə yanaşı əksər aparıcı futbolçularını Bakıda saxlaması komandasına baha başa gəldi. Bu xal itkisinin mövsümün sonunda necə təsir edəcəyini zaman göstərəcək. Eyni zamanda qarşıdakı daha vacib oyunlara görə atılan bu addımın həmin görüşlərdə necə bəhrə verəcəyi maraqla gözlənilir.
 
"Neftçi"dən fərqli olaraq, Avroliqadakı çıxışları o qədər də uğurlu alınmayan digər iki təmsilçimiz – "İnter”lə “Qəbələ” mövsümün açılış turunda bir-biri ilə qarşılaşmalı oldu. Bu oyunda rumıniyalı baş məşqçi Dorinel Muntyanu Azərbaycan çempionatında debüt edirdi. Amma onun, eləcə də heyətə cəlb etdiyi əksər yeni futbolçuların debütü çox biabırçı alındı. Belə ki, paytaxt təmsilçisi iddialı rəqibini 4 cavabsız qolla yendi.
 
Şənbə günü baş tutan yeganə oyun da az maraq doğurmurdu. Oğuz Çətinli "Xəzər Lənkəran" səfərdə AZAL ilə qarşılaşdı. Hər iki komanda yeni mövsümə ciddi hazırlaşdığından kimin qalib gələcəyi sual doğururdu. Amma hesabı açan tərəf cənub klubu olsa da, bakılılar sonda azlıqda qaldıqları görüşü sülhlə başa vura bildilər.
 
Topaz Premyer Liqası
1-ci tur
10 avqust (bazar)
 
AZAL – Xəzər Lənkəran – 1:1
Qollar: Tomi Kostadinov, 74 – Rauf Əliyev, 35.
Sarı vərəqələr: Təmkin Xəlilzadə, 29 (qeyri-idman hərəkəti); Şəhriyar Rəhimov, 32 (qeyri-idman hərəkəti); 59 (qeyri-idman hərəkəti); Tomi Kostadinov, 90+2 (qeyri-idman hərəkəti) – Alfred Sanko, 72 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Şəhriyar Rəhimov, 59.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə – 4 dəq.
9 avqust 2014. Saat 20:00. Bakı. AZAL Arena. 500 tamaşaçı.
 
AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 6. Eduardo Makiel, 7. Təmkin Xəlilzadə (27. Rəşad Abdullayev, 70), 10. Tomi Kostadinov, 12. Luis Ramos, 13. Şəhriyar Rəhimov (k), 14. Asif Mirili (5. Kərim Diniyev, 62), 15. Oskar Klava, 17. Viktor İqbekoyi (3. Xuan Fransisko, 68), 22. Eltun Yaqublu.
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 9. Aydın Qasımov, 21. Novruz Məmmədov, 25. Adil Nağıyev.
Baş məşqçi: Tərlan Əhmədov.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rəşad Sadiqov, 8. Qalin İvanov (12. Junior Nildo, 89), 10. Elnur Abdullayev, 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 27. Manuel Skarlatake, 63. Alfred Sanko (28. Fernando Qabriel, 78), 99. Deyan Blajevski (7. Etame Mbilla, 72).
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 13. Aleksandr Şemonayev, 33. Rasim Ramaldanov, 55. Ağabala Ramazanov.
Baş məşqçi: Oğuz Çətin.
 
Araz Naxçıvan – Neftçi – 3:0
Qollar: David Janelidze, 52; 90+4, Elmin Çobanov, 81.
Sarı vərəqələr: Elmin Çobanov, 62 (qeyri-idman hərəkəti); Azər Məmmədov, 72 (qeyri-idman hərəkəti); Budaq Nəsirov, 85 (qeyri-idman hərəkəti) – Elşən Adbullayev, 30 (qeyri-idman hərəkəti); Emin Mehdiyev, 42 (qeyri-idman hərəkəti); Denis Silva, 49 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə – 4 dəq.
10 avqust 2014. Saat 18:00. Naxçıvan MR stadionu. 7500 tamaşaçı.
 
Araz Naxçıvan: 12. Kamal Bayramov (k), 2. Aleksandr Krustkeviç, 4. Azər Məmmədov, 6. Budaq Nəsirov, 7. Ramal Hüseynov, 16. Emin Cəfərquliyev, 17. Bəxtiyar Soltanov (11. Ruslan Nəsirli, 87), 19. Tərlan Xəlilov (5. Akif Tağıyev, 65), 20. Ruslan Zubkov, 21. David Janelidze, 22. Eşqin Quliyev (8. Elmin Çobanov, 46).
Ehtiyat oyunçular: 23. Elçin Sadıqov, 3. Əlimirzə Daşzərini, 9. Vüqar Əsgərov, 14. Elhad Nəziri.
Baş məşqçi: Əsgər Abdullayev.
Neftçi: 1. Emil Balayev, 3. Denis Silva, 8. Elşən Abdullayev (22. Mirabdulla Abbasov, 90+2), 17. Nicat Qurbanov (29. Cavid Muxtarzadə, 67), 19. Mirhüseyn Seyidov (k), 21. Samir Məsimov, 23. Ruslan Qurbanov, 25. Cavid İmamverdiyev, 27. Məqsəd İsayev, 28. Emin Mehdiyev, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 12. Pavel Doroşev, 6. Pərviz Qaraxanov, 33. Orxan Bəşirov, 41. Aqşin Qurbanlı, 42. Orxan Qurbanlı.
Məşqçi: Nazim Əliyev.
Sumqayıt – Qarabağ – 0:3
Qollar: Reynaldo Silva, 34; 85, Bəxtiyar Həsənalızadə, 81 (öz qapısına).
Sarı vərəqələr: Tagim Novruzov, 77 (rəqibə badalaq vurduğuna görə); Bəxtiyar Həsənalızadə, 90+1 (perspektivli hücumun qarşısını kəsdiyinə görə).
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Elşən Acalov, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə – 2 dəq.
10 avqust 2014. Saat 20:00. Sumqayıt. "Kapital Bank Arena". 1380 tamaşaçı.
 
Sumqayıt: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 6. Tagim Novruzov, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov (8. Ceyhun Cavadov, 83), 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Ramazan Abbasov (22. Tofiq Mikayılov, 71), 77. Təvəkkül Məmmədov, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 3. Vurğun Hüseynov, 5. Azər Abbasov, 23. Şəhriyar Xəlilov.
Baş məşqçi: Aqil Məmmədov.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov (k) (20. Riçard Almeyda, 59), 9. Reynaldo Silva, 10. Muarem Muarem (99. Namiq Ələsgərov, 61), 17. Vüqar Nadirov, (77. Cavid Tağıyev, 76), 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 11. Danilo Dias, 33. Şəhriyar Əliyev, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
 
İnter – Qəbələ – 4:0
Qollar: Aleksandr Amisulaşvili, 9, Mikel Alvaro, 15; 71, Məhəmməd Mirzəbəyov, 19.
Sarı vərəqələr: Yohan Bokonyano, 85 (qeyri-idman hərəkəti) – Ruslan Abışov, 82 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə – 3 dəq.
10 avqust 2014. Saat 20:00. Bakı. "İnter Arena". 1000 tamaşaçı.
 
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 7. Abdulla Abatsiyev (91. Coşqun Diniyev, 90+2), 8. Mikel Alvaro, 11. Asif Məmmədov (k) (80. Nizami Hacıyev, 81), 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze (27. Dieqo Madriqal, 78), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Slavço Georgiyevski, 24. Fuad Bayramov, 33. Matiya Spiçiç.
Baş məşqçi: Kaxaber Sxadadze.
Qəbələ: 30. Anar Nəzirov, 7. Ruslan Əmircanov, 9. Viktor Mendi, 11. Andrey Kristya (4. Elvin Camalov, 53), 12. Aleksandr Benqa, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 25. Adrian Ropotan, 26. Pavol Farkas (6. Vladimir Levin, 75), 34. Ürfan Abbasov, 90. Ekiqo Ehiosun (21. Yazalde Pinto, 63).
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 5. Sadiq Quliyev, 15. Ruslan Tağızadə, 36. Elnur Allahverdiyev.
Baş məşqçi: Dorinel Muntyanu.
Bombardirlər:
2 – Reynaldo (Qarabağ), David Janelidze (Araz Naxçıvan).
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Dünya futbolu2024-04-22 14:31

Məşhur yapon Kurtua ilə bir yerdə oyun izlədi

blank
Digər idman növləri2024-04-22 14:17

Rıbakinanın uğuruna Tokayev də biganə qalmadı

blank
Ölkə futbolu2024-04-22 14:01

Yarımfinal oyunları canlı yayımlanacaq

blank
Digər idman növləri2024-04-22 13:53

ATP reytinqində ciddi dəyişiklik olmadı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm