Bizi izləyin

Müsahibə

Aslan Kərimov: "Çıxılmaz vəziyyətdə qaldığımıza görə əcnəbiləri milliləşdiririk"

Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Aslan K…

blank
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Aslan Kərimovun futbolinfo.az saytına müsahibəsi
 
– Özbəkistan millisi ilə yoxlama matçından nə gözləyirsiz?
– Avropa çempionatının seçmə mərhələsi qabağı uzun müddət idi ki, oyun oynamırdıq. Sonuncu yoxlama oyunumuz may ayında ABŞ millisinə qarşı olub. Dünya çempionatına görə milli komandalar məşğul idi. Ona görə də sınaq matçı keçirə bilməmişdik. Hesab edirəm ki, Özbəkistanla matçda nəyimizin olub-olmamağını biləcəyik. Digər tərəfdən bu matçda “Qarabağ” və “Neftçi”nin futbolçuları olmayacaq. Belə qərara gəlindi ki, Avroliqanın pley-off mərhələsinin oyunları daha vacibdi və həmin futbolçular orada iştirak edəcəklər. Bu səbəbdən də Rusiya yığması ilə də yoxlama oyunu keçirəcəyik ki, komanda tam şəkildə bir yerdə olsun və xətlər arasında, ümumiyyətlə komandamızda hansı çatışmazlıqların olduğunu görə bilək. Bu, doğru qərardı.
 
– Avropa çempionatının seçmə mərhələsinə hazırlaşırıq, amma rəqibimiz Özbəkistan Asiya təmsilçisidi. Bu komandanı seçməkdə məqsəd nədi?
– Birincisi, Özbəkistan millisi son dövrlərdə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün pley-off oynayır. Bu da onların Asiya təmsilçisi olmağına baxmayaraq, hansı səviyyədə olmasını göstərir. Hesab edirik ki, onlar Bolqarıstan millisinə yaxın oyun nümayiş etdirirlər. Onlar da texnikalı futbola üstünlük verirlər, qısa ötürmələrdən istifadə edirlər. Bolqarıstanın oyununa özüm də baxmışam, sözsüz ki, bəzi nüanslarda fərqlər var, amma eyni üslubda oynayırlar. Buna görə də Özbəkistan Asiya təmsilçisi olsa da, da yaxşı rəqibdi.
 
– Bəs Rusiya millisini hansı rəqibimizə oxşadığı üçün seçmisiz?
– Rusiyanın oyunu Norveç millisinə yaxındı. Təbii ki, Rusiya Norveçdən daha güclü komandadı. Həm də güclü rəqiblərə qarşı necə çıxış etdiyimizi yoxlamaq üçün Rusiya millisi ilə yoxlama matçı keçirməyin qərara alındığını düşünürəm. Təbii ki, bu, baş məşqçimiz Berti Foqtsun qərarı ilə olub. Mən sadəcə olaraq, öz subyektiv fikirimi deyirəm. Məncə, bu səbəbdən Rusiya ilə yoxlama matçı keçiriləcək.
 
– Komandaya yeni milliməşdirilmiş futbolçu – Emin Nurini dəvət etdiniz. Ondan nə gözləyirsiz?
– Onunla bağlı böyük gözləntimiz var. İsveç klubunda, “Kalmar”da çıxış edir, yaxşı da təsir bağışlayır. Foqts onun oyununu izləyib. Onun güclü fiziki göstəriciləri var. Yarımmüdafiə mövqeyində çıxış edir. Hesab edirik ki, güclü rəqiblərə qarşı oyunlarda meydanın mərkəzində güclü mübarizə getdiyinə görə, onun kimi oyunçulara ehtiyacımız var. Gözləntimiz də güclü rəqiblərlə oyunda qarşı tərəfin meydanın mərkəzindəki hegemonluğunu aradan götürməkdi.
 
– Bu futbolçu gec kəşf olundu, yoxsa, ortada sənəd problemləri var idi?
– Xeyr, pasport problemi yox idi. Onun nənəsi azərbaycanlıdı. Yəqin ki, əvvəllər özünü yaxşı göstərə bilmədiyi üçün diqqət cəlb etmirdi. Amma o, yarımmüdafiə mövqeyində çıxış etməyinə baxmayaraq, hazırda qollar da vurur. Özünü yaxşı tərəfdən göstərən hər bir futbolçu üçün milli komandanın qapısı açıqdı.
 
– Milliləşdirilmiş oyunçular ölkəmizin futbol ictimaiyyəti tərəfindən elə də yaxşı qarşılanmır. Əksəriyyət deyir ki, Azərbaycan millisində azərbaycanlılar oynamalıdı…
– Birmənalı qarşılanmır, amma azərbaycanlı uşaqlar da millidə oynamaq tələblərinə tam cavab vermir. Sözsüz ki, bunu bütün futbolçularımıza şamil etmək olmaz. Amma bəzi futbolçularımız Avropa standartlarına uyğun deyillər. Biz də futbolumuzun, yerli oyunçularımızın inkişafı üçün xaricdə yaşayan azərbaycan əsilli futbolçularımızı milliləşdirməyə çalışırıq. Təbii ki, bu da uzun müddət davam etməyəcək. Artıq bundan qırağa çıxıb, yerli futbolçularımızı götürmək istəyirik. Amma elə futbolçularımız var ki, yerli klublarımızda belə çıxış edə bilmirlər, ehtiyatda otururlar. Belə futbolçuları milliyə necə dəvət edək? Hamı da milli komandadan yaxşı nəticələr gözləyir. Oyun praktikası olmayan futbolçunun da yığmada oynaması bir az gülünc görünür. Bu baxımdan da milli komanda çətin vəziyyətdə qalır. Sözsüz ki, klublarımız da nəticə qazanmaq istəyir və legionerlər gətirir. Bəzən də həmin legionerlərin sayəsində yaxşı nəticə əldə edirlər. Amma burada Azərbaycan futbolu nə qazanır? Əgər yaxşı legionerlər gəlirsə, yerli futbolçularımız da onlardan nəsə götürə bilir. Onların oyun praktikası olmayanda da, biz kimisə milliləşdirmək məcburiyyətində qalırıq. Bu, o demək deyil ki, biz futbolçuları milliləşdirməyi çox istəyirik. Çıxılmaz vəziyyətdə qaldığımız üçün bu addımı atırıq.
 
– Bizim futbolçuların legioner həyatı yaşamağı milli üçün daha yaxşı olar. Amma bəzi futbolçularımız Türkiyə PTT 1-ci Liqasında oynamağı özlərinə yaraşdırmırlar. Son vaxtlarda belə ab-hava yaranıb ki, futbolçularımız məcburiyyətdən oraya üz tutur. Siz həmin çempionatın səviyyəsini necə qiymətləndirərdiz?
– Yəqin hamı mənimlə razılaşar ki, bizdə çempionatın səviyyəsi aşağı, futbolçulara verilən pullar isə yüksəkdi. Düzdü, mən heç kimin pulunu saymaq istəmirəm, hamının halal xoşu olsun. Mən də oynayan vaxtı bəlli bir məbləğ qazanırdım. Məncə, bu barədə futbolçularımızı da qınamaq olmaz. Düşünürəm ki, onların yerində kim olsa, eyni addımı atar. Amma düşünün ki, Hollandiya, Belçika, yaxud İsveç kimi orta səviyyəli çempionatlarda çıxış edirsən və Azərbaycanda aldığın məvacibin üçdə birini alırsan. Üstəlik, çempionatın səviyyəsi yüksəkdi və öz üzərində işləməlisən, daim güclü mübarizə aparmalısan. Belə olan halda da heç kim getmək istəmir və Azərbaycanda qalmağı üstün tutur. Bununla da razılaşmaq olar ki, bəziləri Azərbaycan klublarında özünə yer tapa bilməyəndə, məcburiyyətdən Türkiyə 1-ci divizionuna üz tutur. Amma mən bizim futbolçuların Türkiyə PTT 1-ci Liqasında çıxış etməsini dəstəkləyirəm. Çünki orada həm oyunlar çox olur, həm də orada futbolçunu fiziki cəhətdən daha yaxşı hazırlayırlar. Düzdü, bəzi komandalarımızda fiziki hazırlığa yaxşı fikir verilir. Çünki onlar Avroliqada çıxış edirlər və komandalarındakı fiziki hazırlıq üzrə məşqçilər da savadlı olurlar. Amma bəzi klublarımızdakı futbolçular fiziki cəhətdən o qədər də yaxşı hazır olmurdular. Bir də düşünürəm ki, Azərbaycanda ehtiyyatda qalmaqdansa, həmin Türkiyə klublarında çıxış edib, oyun praktikasını artırmaq daha yaxşı olardı.
 
– İki klubumuz “Qarabağ” və “Neftçi” Avroliqanın pley-off mərhələsindədi. Onlardan hansı nəticəni gözləyirsiz. Ağdam təmsilçisi yenə “Tvente” ilə üz-üzə gələcək. O vaxtkı “Tvente” ilə indikinin arasında nə kimi fərqlər var? Çünki siz də “Qarabağ”da çıxış edərkən onlara qarşı oynamısız…
– Bəli, o vaxt mən “Tvente”yə qarşı oynamışam. Qeyd edə bilərəm ki, bu  “Tvente” o vaxtıkı kimi güclü deyil. Yəqin ki, hamı da mənimlə razılaşar ki, əvvəlki “Tvente” daha güclüdü. O vaxtkı “Tvente”nin məqsədi çempion olmaq idi və ona da nail oldular. Onlar “Ayak”sı, “Roda”nı arxada qoyub, çempion oldular. “Fənərbaxça”dan tanıdığımız Miroslav Stok həmin heyətdə çıxış edirdi. O, elə oradan “Fənərbaxça”ya transfer olundu. Argentinalı futbolçuları var idi. Yəni güclü heyətə malik idilər. Son dövrlərdə isə ola bilər ki, maliyyə cəhətdən problemlər yaşayırlar. Ötən mövsüm başa çatdıqdan sonra 14 futbolçu satıblar. Özü də yaxşı qiymətə. Haradasa, onların ortalama qiyməti 7-8 milyon avro idi. Həmin futbolçuların gedişindən sonra, yəqin ki, komandanın gücü nisbətən azalıb. Komandadakı futbolçularının ortalama yaşı 21-di. “Tvente”nin hazırkı məqsədi akademiyadan futbolçu yetişdirib, klubu maliyyə cəhətdən gücləndirməkdi. Bu səbəbdən də deyə bilərik ki, rəqib əvvəlki kimi güclü deyil. Digər tərəfdən, bu “Qarabağ” da əvvəlki kimi deyil. İndi daha oturuşmuş, heyətində səviyyəli legionerləri olan “Qarabağ” var. Bu amil də “Qarabağ”ın qrup mərhələsinə daha yaxın edir. Əminəm ki, bunun öhdəsindən gələ biləcəklər. Sözsüz ki, bu, “Valletta”ya qarşı oyun kimi olmayacaq. Rəqib Hollandiya futbolunun nümayəndəsidi və ən azından burada səviyyə və məşqçi işi görünəcək. Çətin olacaq, amma 100 faiz əminəm ki, “Qarabağ” qrup mərhələsinə vəsiqə qazanacaq.
 
“Neftçi”nin rəqibinə gəldikdə isə, “Partizan”da bir balaca maliyyə problemləri var. Eşitdiyimə görə, onlar 4 aydı maaş ala bilmirlər. Bu səbəbdən də oyunçular üsyana qalxıblar. Əldə etdiyim digər məlumata görə, Serbiya təmsilçisinin prezidenti söz verib ki, qrup mərhələsinə adlayanda 9 milyon avroya yaxın pul qazanacaqlar və həmin pulla da maaşlar ödəniləcək. Rəhbərlik bu barədə söz verib. Sözsüz ki, futbolçular da meydana çıxanda var gücü ilə çalışacaqlar. Bu baxımdan da “Neftçi”nin işi bir az çətindi. “Neftçi”nin oyununa təsir edə biləcək digər məsələ isə Saşa Stamenkoviç amilidi. Bildiyimiz kimi, “Srvena Zvezda” və “Partizan” əzəli, barışmaz rəqibdi. Bu komandaların azarkeşləri isə fanatizmlə məşğuldu. Mən deyərdim ki, həmin komandalar arasındakı gərgin münasibət “Qalatasaray” və “Fənərbaxça” arasında olan əzəli rəqabətdən daha üstündü. Hər iki klub və azarkeşlər arasında bir-birinə nifrət hissi güclüdü. Stamenkoviç də “Srvena Zvezda”nın yetirməsi olduğu üçün bu matçlarda təzyiq altında olacaq. Hətta Stamenkoviçin Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Neftçi”nin heytəində “Partizan”a qarşı çıxış etməsi rəqib fanatlarının böyük etirazına səbəb olmuşdu. Eşitdiyimə görə, Serbiyadakı oyundan sonra hətta Stamenkoviçi döyməyi də planlaşdırırlarmış. Belə təzyiq altında oynamaq çətindi. Əgər Saşa özündə güc tapıb, yaxşı oynasa, yaxşı olar. Çünki demək olar ki, o, komandanın yarısıdı və “Neftçi”nin bu mərhələyə gəlib çıxmasında onun da danılmaz rolu var. Düşünürəm ki, “Neftçi” bu maneəni aşsa, yaxşı nəticə əldə edə bilər.
ELMAR VƏLİYEV
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Dünya futbolu2024-04-24 14:31

“Yuventus” rekordunu yenilədi

blank
Ölkə futbolu2024-04-24 14:14

Ramos “Neftçi”yə “Qarabağ”la rəqabət aparmağın yolunu göstərdi

blank
Dünya futbolu2024-04-24 13:57

19 illik dönəm bitir

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm