Premyer-liqa
AZAL-da konqolu hücumçu
Uzun müddətdi hücumçu axtarışında olan AZAL artı…
Uzun müddətdi hücumçu axtarışında olan AZAL artıq bunun nəticəsini görüb. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər" heyətini konqolu hücumçu ilə gücləndirir.
Əldə etdiyimiz məlumata görə bu, Freddi Mombonqo-Duesdi. Bu futbolçu AZAL-ın Türkiyədəki təlim-məşq toplanışında iştirak etmişdi. Ancaq tərəflər ortaq məxrəcə gəlmədiyindən Freddinin keçidi rəsmiyyət qazanmamışdı.
Lakin sonradan Şüvəlan təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov futbolçunu komandanın heyətinə qatmağa israrlı olub. Buna görə də konqolu ilə yenidən danışıqlar aparılıb və razılaşma əldə olub. Yaxın günlərdə Mombonqo ilə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, futbolçunun son klubu Belçikanın "Royal Antverp" klubu olub. Bundan başqa Freddi Almaniyanın "Köln" klubunun 23 yaşlılardan ibarət komandasında da çıxış edib. Belçikanın "Eupen", "Mons" və "Standart" kimi komandalarında çıxış edən 28 yaşlı forvard Almaniyanın aşağı liqa təmsilçiləri olan "Bonner", "Germania Dattenfeld", "Reynbax", "Vuppertaler" klublarının da formasını geyinib.