Ölkə futbolu
Taşkın İltərin komandası darmadağına sevindi
Almaniya Şimal Regional Liqasında 5-ci turun oyunları keçiri…
Almaniya Şimal Regional Liqasında 5-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Taşkın İlterin çıxış etdiyi Braunşveyq “Ayntraxt"ının ikinci komandası səfərdə "FT Braunşveyq"lə üz-üzə gəlib.
Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Ötən oyunda qırmızı vərəqə alan yarımmüdafiəçimiz isə bu matçda komandasına kömək edə bilməyib.
Qeyd edək ki, “Ayntraxt"ın ikinci komandası 7 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.