Ölkə futbolu
"Bu qələbəni Azərbaycana, Qarabağ köçkünlərinə həsr edirik"
Azərbaycanın daha bir klubu tarix yazdı. Futbolinfo.az xəbər veri…
Azərbaycanın daha bir klubu tarix yazdı. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində mübarizə aparan "Qarabağ" səfərdə Hollandiya "Tvente"si ilə 1:1 oynayaraq, tarixində ilk dəfə qrup mərhələsinə adladı.
Qarşılaşmadan sonra komandanın gənc üzvlərindən olan Qara Qarayev əldə edilən uğuru Qarabağ köçkünlərinə həsr edib: "Çox sevincliyik ki, mərhələni keçən tərəf biz olduq. Bu qələbəni bütün Azərbaycana, Qarabağ köçkünlərinə həsr edirik. Fikrimcə, mərhələni keçməyə layiq olan tərəf biz idik. Hər kəsi təbrik edirəm. 5 il öncə burada oynamışdıq. Həmin vaxt mənə oynamaq qismət olmamışdı. Bizə dua edən hər bir kəsə öz təşəkkürümü bildirirəm".