Milli komanda
AFFA-da fövqəladə toplantı
Az öncə AFFA-nın inzibatı binasında assosasiya rəhbərliyini…
Az öncə AFFA-nın inzibatı binasında assosasiya rəhbərliyinin yığma komanda ilə görüşü keçirilib. Futbolinfo.az xəbər verir ki, AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə keçirilən görüşdə baş katib Elxan Məmmədov, yığmanın məşqçi və texniki heyəti, eləcə də bütün futbolçular iştirak edib.
Bolqarıstanla oyun öncəsi futbolçuları ruhlandırmağa çalışan Rövnəq Abdullayev komandaya tövsiyyələrini də verib. Abdullayev çıxışında yığma üçün hər cür şərait yaradıldığını, indi isə bunun qarşılığının vermək növbəsinin komandada olduğunu bildirib. O, ölkə futbolunda inkişafın getdikcə çoxaldığını qeyd edib. Amma daha yaxşı nəticə gözlədiyini də vurğulayıb. Görüş zamanı ölkə futbolunun rəhbəri futbolçuları ruhlandırmaq üçün lazım olan mükafatın ayrıldığını da söyləyib. Abdullayev futbolçulardan nəticələrin yaxşılaşdırılmasını tələb edib. Rövnəq bəy Azərbaycan klublarının ölkə futbolunda payının böyük olduğunu söyləyib. O, ölkəmizin, dövlətimizin, futbolumuzun inkişafı üçün hər bir şəxsin üzərinə düşən vəzifəni ən yaxşı şəkildə icra etməsinin önəmini qeyd edib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?