Dünya futbolu
Messinin zədəsi ciddi çıxdı
"Barselona" Lionel Messinin zədəsi haqqında açıql…
"Barselona" Lionel Messinin zədəsi haqqında açıqlama yayımlayıb. Futbolinfo.az xəbər verir ki, "Vilyarreal"la matçda 90 dəqiqə meydanda qalmasına baxmayaraq, qarşılaşmanın ardından MR-ı çəkilən oyunçunun vəziyyəti heç də ürəkaçan deyil.
Sağ qasıq əzələsində ağrıları olan və bu səbəbdən Argentina – Almaniya görüşündə forma geyməyən ulduz futbolçunun bir müddət meydanlardan uzaq qalacağı gözlənilir.
Katalon klubunun rəsmi saytından verilən açıqlamada argentinalının hələlik komandayla məşqlərə qatılmayacağı və xüsusi proqramla çalışacağı bildirilib.
Dəqiq meydana qayıtma vaxtı bəlli olmasa da, Messinin La Liqada "Atletik"lə matçda oynaması real görünmür.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”