I Liqa
1-ci divizionda futbolçu xəstəxanalıq oldu, təcili yardım maşını tapılmadı
Bu gün Azərbaycan çempionatının birinci divizonunda 201…
Bu gün Azərbaycan çempionatının birinci divizonunda 2014/15 mövsümünün ilk turu çərçivəsində növbəti oyunlar keçirilib. Futbolinfo.az xəbər verir ki, “Qaradağ Lökbatan” – “Energetik” matçında xoşagəlməz hadisə baş verib.
Bu oyuna ezam olunmuş müxbirinin məlumatına görə, rəqib cərimə meydançasında qapıçı ilə toqquşan evsahibi komandanın 10 nömrəli futbolçusu Sərxan Ağayev xəstəxanalıq olub. Qaşı açılan oyunçu xəstəxanaya aparılıb.
Maraqlısı isə o idi ki, xəstə yaralı vəziyyətdə təxminən yarım saat təcili tibbi yardım maşınını gözləməli olub. Stadionda bir təcili tibbi yardım maşını olsa da, onlar icazə olmadığını deyərək, oyunçunu xəstəxanaya aparmaqdan imtina edib. Bu səbəbdən də Ağayev növbəti maşını gözləmək məcburiyyətində qalıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”