Ölkə futbolu
“Qaradağ Lökbatan”ın baş məşqçisi saytımıza niyə minnətdarlıq etdi?
Futbol üzrə Azərbaycan çempionatının birinci divizionu…
Futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda 2014/15 mövsümünün ilk turunun oyunları keçilir. Futbolinfo.az xəbər verir ki, növbəti oyun günündə “Qaradağ Lökbatan” evdə “Energetik”i 2:0 hesabı ilə məğlub etdi.
Matçdan sonra qalib komandanın çalışdırıcısı Adil Mahmudov mövsümə qələbə ilə başlamağın sevincini bizimlə bölüşdü:
“Qaradağ Lökbatan” adından onu deyə bilərəm ki, klubunuzun rəhbəri Tahir Mustafayev komandanın inkişafı üçün hər bir şey edir. Biz məşqlərimizi İsmət Qayıbov adına stadionda edirdik. Orada qazon təbii ot örtüklü idi. Oyuna bir gün qalmış qarşılaşmanın keçirilmə yeri dəyişdirildi və süni meydana keçirildi. Bu da bizdə ötürmələrdə, çeviklikdə və s. bəzi problemlər yaratdı. Meydan amili böyükdü. Sevinirəm ki, komandamla bu problemin öhdəsindən gəldik. Biz təlim-məşq toplanışı zamanı bəzən süni ot örtüklü meydanda hazırlaşdıq ki, belə problemlərlə üzləşəndə çətinlik çəkməyək. Bu gün də qələbə qazandıq. “Energetik” də yaxşı oyun göstərdi. 45-ci dəqiqədə İlham Allahverdiyev, sonra isə Mehdi Mehdiyev fərqləndi. Hər iki qolu başla vurduq. Komandamı təbrik edirəm. Mövsümə qələbə ilə başladıq. Rəqibə də gələcək oyunlarda uğurlar arzulayıram. Sizin saytınıza da minnətdaram ki, gəlirsiz, belə oyunları işıqlandırırsız. Futbolçumuz Sərxan Ağayev ciddi zədə aldı. Qaşı yarılmışdı. Xəstəxanaya aparıldı və həmin yaraya tikiş qoyuldu. Xəstəxanadan qayıdıb, bizimlədi. Hazırda vəziyyəti yaxşıdı”.