Bizi izləyin

Müsahibə

Bernard Lippert: "Altı il əvvəl futbolçular belə oynaya bilmirdilər"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının …

blank
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernhard Lippert AFFA-nın saytına müsahibə verib. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir.
 
– İsrail yığması ilə oyundan bir neçə gün keçib. Hansı təəssüratlar var, zaman keçdikcə fərqli görünən məqamlar oldumu?
– Hesab edirəm ki, İsrail yığmasına qarşı komanda xarakter, meydanda gördüyü iş, mübarizə aparmaq baxımından bəlkə də indiyəqədərki ən yaxşı oyununu nümayiş etdirdi. Göstərdiyi oyuna görə komanda üzvlərinə təşəkkürümü bildirmişdim. Lakin ictimaiyyət önündə bunu bir daha etməyi zəruri hesab edirəm. Ancaq bir məsələni də bildirəm istəyirəm. Adətən elə olur ki, bir uğurlu oyundan və həmin oyunla bağlı tərifləri eşitdikdən sonra böyük eniş yaşayırıq. Bəlkə də bu mentalitetlə bağlıdır. İndi əsas istəyimiz odur ki, futbolçular keçmiş oyunla çox yaşamasınlar. Qarşıdakı görüşə tam qüvvəylə hazırlaşsınlar və Avropanın ən yaxşı komandalarından birinə qarşı oyundan daha yaxşı nəticəylə ayrılaq. Məncə, Portuqaliya yığması Avropa çempionu olmağa ən real namizədlərdən biridir.
 
– Nəticəyə səfərdəki məğlubiyyətin revanşını almaq istəyi təsir etdimi?
– Sözsüz ki, oyunda revanş çalarları vardı. Çünki birinci qarşılaşmada xoşagəlməz oyun və nəticə vardı. Komandada özünü dəyərləndirən hər bir şəxs bu qarşılaşmaya revanş kimi baxmalıydı. Uşaqlar da bu oyuna elə yanaşdılar və indiyə qədər görmədiyim mübarizə əzmi göstərdilər.
 
– Oyundan əvvəl əsas qapıçılardan ikisi zədələnmişdi. Bu üzdən qapını Şahruddin Maqomedaliyev qorudu. Onun oyunu barədə fikriniz necədir?
– Sözün düzü, o, mənim üçün əsas seçimlərdən biridir. Oyununu mütəmadi izləyirəm. Çempionatdakı görüşlərində də özünü yaxşı tərəfdən göstərir. İlk oyununa çıxdı və əsəblərinə hakim olduğu görünürdü. Sübut etdi ki, ona etimad göstərə bilərik. Heç kim onun istedadına şübhə etməməlidir. Sadəcə, beynəlxalq oyun təcrübəsinə ehtiyacı var.
 
– Hazırda U-21-in aktivində 7 xal var. Makedoniya yığması ilə hər iki görüşdə, Norveç komandasına qarşı isə Bakıdakı oyunda itirilən xalların dəyəri bu məqamda daha çox hiss olunurmu?
– Makedoniya yığması ilə oyunlardakı nəticəyə görə daha çox təəssüflənirəm. Heyf ki, o qarşılaşmalarda yaxşı nəticə göstərə bilmədik. Norveç yığması ilə görüşə gəlincə, həqiqəti demək lazımdır ki, onlar 70-ci dəqiqədən sonra bacarıqlı komanda kimi özünü göstərdi. Həm də burada başqa amillər də vardı. Bizdə mövsümün sonu idi. Bir çox futbolçular klublarında oynamırdılar. Norveç çempionatında isə 10 tur keçmişdi. Onlar yaxşı formada idilər.
 
– Portuqaliya yığması ilə oyunun hazırlığı necə gedir?
– Heyətlə bağlı problemlər var. Namiq Ələsgərov bizimlə gələ bilmədi. Tərlan Quliyev isə əsas milliyə çağırıldı ki bu, bizim üçün sevindirici haldır. Özü də bu baxımdan Tərlan yeganə oyunçu deyil. Araz Abdullayev, Elvin Yunuszadə, Qara Qarayev, Emil Balayev də əsas millidədir. İlk iki gün komanda yüngül məşqlər etdi. İndi taktiki hazırlıqlar üzərində işləyirik. Məqsədimiz odur ki, Portuqaliya ilə görüşə komanda tam hazır olsun. Onlar qrupda xal itirməyiblər. Keçirdikləri 7 görüşün hamısında qalib gəliblər. Son iki il yarımda uduzmayıblar. Bizi çox gərgin oyun gözləyir. Üstəlik, komandamızın əsas oyunçularından bir neçəsi yoxdur. Axırıncı görüşdə 1994-cü il təvəllüdlü üç oyunçu ilə meydana çıxdıq. Şahruddin Maqomedaliyev, Taşkın İlter və Azər Salahlı oynayırdılar. Onların sayı daha da arta bilərdi. Əsas odur ki, İsrail yığması ilə matçda olduğu kimi, bu dəfə də futbolçular meydanda əzmkarlıqla oynasınlar. Bu, onlar üçün böyük təcrübədir. Avropanın ən yaxşı komandalarından birinə qarşı səfərdə oynamaq və bacarığını nümayiş etdirmək çox vacibdir. Ümid edirəm ki, futbolçular bizim istədiyimizi nümayiş etdirə biləcəklər. Mümkün qədər yaxşı nəticə göstərməyə çalışacağıq.
 
– Qələbə qazanılsa, həm özünüz, həm də U-21 rekord miqdarda – 10 xal toplamış olacaq…
– Sözün düzü, mən nəticəyə baxmıram. Ən ümdə məqsəd əsas milliyə futbolçu yetişdirməkdir. Hazırda 5 futbolçu orada çıxış edir. Onların sayının daha çox olmasına çalışırıq.
 
– Bu, sizin U-21-də son oyununuz olacaq. Geridə qalan 6 il ərzindəki fəaliyyətinizi necə dəyərləndirirsiniz?
– Mənə elə gəlir ki, dirçəlişi görməmək mümkün deyil. Öz işimə uzunmüddətli inkişaf prosesi kimi baxırdım. Altı il əvvəl futbolçular belə oynaya bilmirdilər. Onların bacarığı əvvəlki illərlə müqayisədə daha yüksək səviyyədədir. Bu o demək deyil ki, təkcə bizim uğurumuzdur. Klublarda da işlər gedir. Çatışmazlıqlar olsa da, indi inkişaf göz önündədir. Son altı ildəki nəticələr, ümumilikdə, müsbətdir.
 
– İndi bütün diqqətinizi texniki direktorluğa yönəldəcəksiniz. Bu işdə əsas məqsədləriniz nədir?
– Görməli olduğumuz çox işlər var. Qarşıdan 17 yaşadək futbolçuların Avropa çempionatı gəlir. Məşqçi kursları var. Futbol ədəbiyyatını hazırlamalıyıq ki, bu sahədə işləmək istəyənlərin məlumat ala biləcəyi kitablar olsun. Pro kateqoriyalı kurslar keçirilməlidir. Bundan başqa, klublarda çalışan idman direktorlarının işinə nəzarət eməliyik. Qısa desək, iş çoxdur.
Reklam

Reklam


Ölkə futbolu2024-05-01 15:20

Klublar Komitəsi bu gün toplanır

blank
Digər idman növləri2024-05-01 15:07

“Ferrari”nin direktoru ən böyük transfer üçün Londona yola düşdü

blank
Digər idman növləri2024-05-01 14:38

“Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq”

blank
Digər idman növləri2024-05-01 14:19

Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb

blank
Dünya futbolu2024-05-01 14:00

Keyn ÇL-də yeni nailiyyətə imza atdı

blank
Digər idman növləri2024-05-01 13:42

“Prezident Kuboku 2024”-ün açılış mərasimi keçirilib

blank
Digər idman növləri2024-05-01 13:24

Tamaşaçı sayını 100 min səhv elan etdilər

blank
Dünya futbolu2024-05-01 13:09

Kroos: “Əsas odur ən yaxşılar bizdə oynayır”

blank
Ölkə futbolu2024-05-01 12:50

ÇL-də format dəyişikliyi: “Qarabağ” üçün nə dəyişəcək?

blank
Digər idman növləri2024-05-01 12:32

Belqradda dramatik oyun, “Barselona” isə yenidən öndə

blank
Digər idman növləri2024-05-01 12:15

Seriyalarda vəziyyət gərginləşdi

blank
Dünya futbolu2024-05-01 12:00

Krivotsyukun komandası evdə xal itirdi

blank
Digər idman növləri2024-05-01 11:43

Bu gün pley-off mərhələsinin növbəti oyunu keçiriləcək

blank
I Liqa2024-05-01 11:25

I Liqada 24-cü turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-05-01 11:10

Əfsanənin doğma publika qarşısında son oyunu

blank
Ölkə futbolu2024-05-01 10:55

Milli komandamızdan 1 məğlubiyyət, 1 qələbə

blank
Dünya futbolu2024-05-01 10:38

Modriç “Real”ın ən qocası oldu

blank
Dünya futbolu2024-05-01 10:20

Ançelottidən heç-heçə şərhi

blank
Müsahibə2024-05-01 10:02

Vadim “Araz-Naxçıvan”ı fərqləndirir: “Psixoloji cəhətdən axsayırdıq”

blank
Dünya futbolu2024-05-01 09:45

Vinisius ən yaxşı seçildi

blank
Dünya futbolu2024-05-01 09:27

Növbəti yarımfinal – yenə Almaniyada

blank
Ölkə futbolu2024-05-01 09:10

Şeydayevə vərəqə xəbərdarlığı

blank
Ölkə futbolu2024-05-01 08:52

“Yurqorden”in ən uğursuzları

blank
Digər idman növləri2024-05-01 08:34

“Red Bull” dağılma ərəfəsində

blank
Ölkə futbolu2024-05-01 08:17

“Qarabağ”a vurulan 3 qol ən dəyərlilər siyahısında

blank
Ölkə futbolu2024-05-01 08:00

“Qəbələ” bütün legionerlərlə vidalaşacaq

blank
Dünya futbolu2024-05-01 00:57

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm