Milli komanda
Azərbaycan Bolqarıstana məğlubiyyətlə başladı
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandas?…
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamız AÇ-2016-nın seçmə mərhələsinə Bolqarıstana qarşı keçirəcəyi ev oyunu ilə start verib.
Yeni tsikldə əvvəlkilərlə müqayisədə daha iddialı olan yığmamızın ilk oyununda hansı nəticə qazanacağı maraqla gözlənilirdi. Matçın Bakıda keçirilməsi komandamız üçün əsas üstünlüklərdən hesab olunurdu. Lakin təəssüf ki, doğma meydan amili də komandamızın dadına çatmayıb. Hər hissəyə bir qol vuran qonaqlar yığmamızın yeni tsiklə qələbə ilə başlamasına imkan verməyiblər.
AÇ-2016-nın seçmə mərhələsi
H qrupu
9 sentyabr
Azərbaycan – Bolqarıstan – 1:2
Qollar: İ.Miçanski, 14 (0:1), D.Nazarov, 54 (1:1), V.Xristov, 87 (1:2).
Sarı vərəqə: R.Abışov, 23, V.Cavadov, 35, V.Qadjev, 63, A.Abdullayev, 89.
Hakimlər: Alon Yefet, Danni Krasikov, David Elias Bitton, Nissan Davidi.
Əlavə köməkçi hakimlər: Liran Liani, Roy Reynşreyber (Hakimlər briqadası İsraildəndi).
Bakı. “Bakcell Arena”.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Mahir Şükürov, 6. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov (22. Tərlan Quliyev, 74), 20. Ufuk Budak (17. Vüqar Nadirov, 89), 13. Dmitri Nazarov, 7. Vaqif Cavadov (21. Araz Abdullayev, 46), 10. Rüfət Dadaşov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 23. Səlahət Ağayev, 12. Emil Balayev, 5. Elvin Yunuszadə, 8. Ruslan Əmircanov, 18. İlkin Qırtımov, 3. Rasim Ramaldanov, 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 9. Cihan Özkara.
Baş məşqçi: Berti Foqts.
Bolqarıstan: Vladislav Stoyanov, 4. Apostol Popov, 5. Nikolay Bodurov (k), 11. Stanislav Manolev, 14. Veselin Minev, 17. Georgi Milanov, 18. Vladimir Qadjev, 21. Svetoslav Dyakov, 22. Georgi İliyev (8. Todor Nedelev, 74), 7. Mixail Aleksandrov, 19. İlian Miçanski (9. Andrey Qalabinov, 58).
Ehtiyat oyunçular: 1. İvan Çvoroviç, 13. Bojidar Mitrev, 2. Straxil Popov, 3. Aleksandr Aleksandrov, 16. İliya Milanov, 6. Yordan Xristov, 10. Xristo Zlatinski, 20. Simeon Slavçev, 15. Ventsislav Xristov, 23. Emil Qarqarov.
Baş məşqçi: Lyuboslav Penev.