Premyer-liqa
"Böyük oyun"la bağlı qərar qüvvədə qaldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının növbəti turu çərçivəsində keçiriləcək “Neftçi” və “Xəzər Lənkəran” klubları arasındakı oyunla bağlı aşağıdakı qərarlar qəbul edilib:
2014/15 mövsümündə “Neftçi” və “Xəzər Lənkəran” klubları arasında keçiriləcək matçlarda baş verə biləcək hər hansı insidentin qarşısını almaq, eləcə də keçən mövsüm yaşanmış hadisələrin yenidən təkrarlanmaması üçün cari mövsümdə də İntizam Komitəsinin 2013/2014 mövsümündə qəbul etdiyi qərarlar qüvvədə saxlanılsın. Belə ki, “Neftçi” və “Xəzər Lənkəran” klublarının iştirakı ilə baş tutacaq Topaz Premyer Liqası və Azərbaycan kuboku matçlarında bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulur.