Milli komanda
Bolqarıstanın Azərbaycan ilə oyuna start heyəti
Bu gün futbol üzrə Azərbaycan yığması AÇ-2016-n?…
Bu gün futbol üzrə Azərbaycan yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstan millisini qəbul edəcək. "Bakcell Arena"da keçirləcək qarşılaşma saat 21:00-da başlayacaq.
Futbolinfo.az Bolqarıstan millisinin Azərbaycanla oyuna çıxacağı start heyətlə tanış edir.
Qonaqların baş məşqçisi Lyuboslav Penevin millimizlə oyunda qapını “Ludoqorets”də çıxış edən Vladislav Stoyanova tapşıracaq. Çalışdırıcı axşamkı qarşılaşmada millimizə qarşı 5 futbolçu ilə müdafiə olunmağı düşünür. Bunlar "Levski"də çıxış edən Veselin Minev, "Fulhem"in şərəfini qoruyan Nikolay Bodurov, "Liteks"in müdafiəçiləri İliya Milanov, Straxil Popov və Rusiya "Dinamo"sunda legioner həyatı yaşayan Stanislav Manolevdi.
48 yaşlı çalışdırıcı yarımmüdafiə xəttində Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Ludoqorets"in futbolçuları olan Svetoslav Dyakov və Mixail Aleksandrov da yer verib. Bu iki futbolçudan başqa "Levski"də çıxış edən Vladimir Qadjev və Rusiyanın ÇSKA klubunda forma geyinən Georgi Milanov da şans tanıyacaq.
Bolqar mütəxəssis millimizə qarşı bir forvardla oynamağı düşünür. İtaliya "Livorno"sunda çıxış edən Andrey Qalabinov millimizi cəzalandırmağa çalışacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?